Səfir Riçard Morninqstar Gəncədə

24.09.2013 20:55

22 sentyabr 2013-cü il tarixdə ABŞ-nın Azərbaycandakı Səfiri cənab Riçard Morninqstar  özünün Gəncə şəhərinə səfəri çərçivəsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzində yerli QHT nümayəndələri ilə görüşmüşdür. Görüşdə QHT-lərin fəaliyyəti və onların qarşıdan gələn prezident seçkiləri ilə bağlı həyata keçirdikləri maarifləndirmə tədbirləri müzakirə edilmişdir.