2014-2015 FLEX proqramına start verildi

4.09.2013 12:40

FLEX (Gələcək Liderlərin Mübadilə Proqramı) proqram orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Proqramın qalibləri ailədə yaşamaq və orta məktəblərdə bir il təhsil almaq imkanı əldə edirlər. Proqramda iştirak etmək üçün heç bir xərc tələb olunmur. Qaliblər müsabiqə əsasında seçilirlər.

 

FLEX müsabiqəsində kimlər iştirak edə bilər?

  • 1 yanvar 1997-ci il tarixindən sonra, 15 iyul 1999-cı  il tarixindən əvvəl anadan olan şagirdlər;
  • Müsabiqə keçirilən zaman 9, 10 və 11-ci sinif şagirdi olmalı;
  • Məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı;
  • İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər);
  • Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı;
  • Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalı;

Fiziki məhdudiyyətli şagirdlər üçün tələblər:

  • 1  mart 1996-cı il tarixindən sonra, 15 iyul 1999-cı  il tarixindən əvvəl anadan olan şagirdlər;
  • Müsabiqə keçirilən zaman 8, 9, 10 və 11-ci sinif şagirdi olmalı;
  • Məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı;
  • İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər);
  • Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı;
  • Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalı;

 

FLEX Proqramının imtahanlarının keçirilməsinin tarixləri

Tarix Saat Həftənin Günü Keçiriləcəyi yer
17/09/2013 09:00 Cərşəmbə axşamı Lənkəran – Məktəb #4
23/09/2013 09:00 Bazar ertəsi Şəki – Məktəb #20
26/09/2013 09:00 Cümə axşamı Mingəçevir – Məktəb #10
29/09/2013 09:00 Bazar Gəncə – Tekstilnı 3-cü mərtəbə
03/10/2013 09:00 Cümə axşamı Naxçıvan – Məktəb #7
12-13/10/2013 09:00 Şənbə/Bazar Bakı – Məktəb #8

 

Qeydiyyatdan keçmək üçün bunları gətirmək lazımdır:

  •  Doğum haqqında şəhadətnamə (metrika) və ya şəxsiyyət vəsiqəsi;
  •  Bir ədəd (yeni) 3×4 sm ölçüdə fotoşəkil;
  •  Qələm

 

FLEX Proqram Amerika Dövləti tərəfindən maliyyələşdirilir və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir.

 

Əlavə məlumat üçün Amerika Beynəlxalq Şurasına müraciət edə bilərsiniz:

Tel: (012) 436 75 29/30/31; Mob. (050) 225 81 78;  E-mail:flex@americancouncils.az

http://americancouncils.az